• $
  • €
  • ₽
  • ₺
  • £

“Yeganə çıxış yolu kütləvi vaksinasiyadır” - Məlahət İbrahimqızı

“Yeganə çıxış yolu kütləvi vaksinasiyadır” - Məlahət İbrahimqızı
12.08.2021 13:37
"Hər kəs anlamalıdır ki, gözəgörünməz bəladan yeganə çıxış kütləvi şəkildə peyvəndlənmədir”.
 
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı son günlər ölkədə koronavirusa yoluxma hallarının kəskin artmasınA münasibət bildirərkən deyib. 
 
Onun fikrincə, insanlar nə qədər tez peyvəndlənsə, pandemiyadan o qədər tez çıxmaq olar: 
 
"Dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Təəssüf ki, bir neçə aydan sonra iki il olmasına baxmayaraq, pandemiyanın qarşısını tamamilə almaq mümkün olmayıb. Lakin inkişaf etmiş sivil dövlətlərin əksəriyyətində xəstəliyin azalmasının səbəbi mövcud tədbirlərin düzgün aparılmasıdır. Məsələn, hələ dekabr ayında İsrailin yarıdan çox əhalisi peyvəndlənmişdi.
 
Təəssüf hissi ilə bildirirəm ki, hələ də insanların az hissəsində vaksinə qarşı müsbət fikir formalaşmayıb. Həmin insanlarda peyvəndə qarşı ümidsizlik var və müxtəlif bəhanələrlə vaksindən yayınırlar. Amma hər kəs anlamalıdır ki, bu bəladan yeganə çıxış kütləvi şəkildə peyvəndlənmədir”.
 
Məlahət İbrahimqızı qeyd edib ki, xəstəxanalarda müalicə alan koronavirus xəstələrinin əksəriyyəti vaksin olunmayanlardır:
 
"Bu gün xəstəxanalarda və eləcə də evdə ambulator şəraitdə koronavirusdan müalicə olunan xəstələrin əksəriyyəti peyvənd olunmayanlardır. Ona görə də biz bu gün hər kəsə peyvəndin vacibliyini vurğulamalıyıq.
 
Koronavirusla bağlı son vəziyyət o qədər də ürəkaçan deyil. 3 milyon əhalisi olan qonşu Gürcüstanda gün ərzində 5 mindən çox yoluxma müşahidə olunur. Virus sərhəd tanımır. Mövcud durumu hər kəs gözaltına almalı və qoyulan qaydalara əməl etməlidir”. (modern.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol