• $
  • €
  • ₽
  • ₺
  • £

Nərmin Quliyevanın öldürülməsində təqsirli bilinən şəxsdən XƏBƏR VAR

Nərmin Quliyevanın öldürülməsində təqsirli bilinən şəxsdən XƏBƏR VAR
12.08.2021 13:51
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə 10 yaşlı Nərmin Quliyevanın öldürülməsində ittiham edilən İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib. Hakim mərhum uşağın valideynlərini dinlədikdən sonra prosesi sentyabrın 8-dək təxirə salınıb.

Bu barədə İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib.

"İşin bir aya yaxın müddətə təxirə salınması hakimlərin yay istirahəri ilə bağlıdır".- deyə, vəkil bildirib.

Məhkəmə qarşısında toplaşan 47-yaşlı Süleymanovun yaxınları "İlkinə azadlıq!", "Əsl cinayətkar cəzalandırılsın!" şüarları səsləndirib.

Əlibaba Rzayev bildirib ki, İlkin Süleymanovun azyaşlı qızı öldürməsini sübut edən hər hansı dəlil yoxdur.

"Sadəcə 2019-cu ilin yanvarında Süleymanovun evinin yanına Nərminin yanmış meyitini atıblar və İlkin bu barədə polisə məlumat verib. Suleymanovu dərhal polis idarəsinə apararaq ondan 2019-cu il yanvarın 6-dan 10-dək zor tətbiq edərək özünə qarşı ifadə alınıb. Maraqlısı budur ki, Nərminin ailəsi həmin günlərdə prezidentə müraciət edərər İlkinin azadlıga buraxılması və həqiqi qatilin tapılmasını tələb ediblər. Amma sonra valideynlər tələblərinə zidd cıxaraq İlkini günahlandırırlar. Qarşı tərəfin suallarına cavab verərək deyirlər ki, İlkini dövlət həbs edib, deməli, müqəssir elə Süleymanovdur".

Vəkil Rzayev hesab edir ki, polis müstəntiqi günahı olmayan Süleymanovdan qanunsuz şəkildə izahat almaqla həqiqi qatilin ya qatillərin məsuliyyətdən qaçmasına şərait yaradır.

"Məhkəməni yanlış tərəfə çəkməkdə maraqlı qüvvələr var,” o qeyd edib.

Nərmin Quliyeva Tovuz rayonunun Dondar Quşcu kəndində 2019-cu il noyabrın 21-də itkin düşüb, yanvarın 6-da qızın yanmış meyiti kənddə tapılıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini İlkin Süleymanov tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. (turan)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol