• $
  • €
  • ₽
  • ₺
  • £

“Gəncə işi” üzrə təqsirləndirilən şəxslərin yaxınları etiraz aksiyası keçirib

“Gəncə işi” üzrə təqsirləndirilən şəxslərin yaxınları etiraz aksiyası keçirib
12.08.2021 14:49
Bu gün, avqustun 12-i "Gəncə işi” üzrə həbs olunanların yaxınları Prezident Administrasiyasının binası qarşısında "Gəncə məhbuslarına azadlıq!”, "Sifarişli məhkəmələrə son!” şüarları ilə etiraz aksiyası keçirib. Onlar övladlarının günahsız həbs edildiyini bildirib və bəraət verilməsini tələb edib.
 
Polis aksiyaya müdaxilə edib, qarşıdurma olmayıb. Polis rəsmiləri aksiya iştirakçılarına pandemiya ilə əlaqədar Prezident Administrasiyasına qəbul edilməyəcəklərini bildirib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Yunis Səfərov və digər 11 nəfərin məhkəmə prosesi davam etdirilir. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə 19 ildən 28 ilədək, Yunis Səfərova isə  ömürlük həbs cəzası istəyib.

2018-ci  il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıb.

Rəsmi məlumata görə, bundan sonra, həmin il iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Yunis Səfərov və onunla birlikdə mühakimə olunanlar Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham olunur.


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol