• $
  • €
  • ₽
  • ₺
  • £

"Koronavirus sonsuzluq da yarada bilir" - Araz İbrahimov

"Koronavirus sonsuzluq da yarada bilir" - Araz İbrahimov
12.08.2021 15:23
"Böyrəklər koronavirus virusuna qarşı çox həssasdır".

Bunu Səhiyyə Nazirliyinin "İnstagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının dekanı Araz İbrahimov bildirib.

Onun sözlərinə görə, xəstələrin 7-10 faizinin böyrəyi zədələnir, hətta sağlam insanların belə: "Koronavirus xəstəsi sağlam olsa belə, böyrəyinə təsir edə bilər, çünki aparılan müalicələr zamanı çox ciddi dərman terapiyası gedir. Gündəlik 20-25 tabletka dərman içilir, bunlar böyrək və qaraciyərlə xaric olunur, ona görə də əsas böyrək zədələnir. İkinci tərəfdən, yayılan pnevmaniya bədəndə oksigeni azaldır, kliniki boğulma da olur, beyin, böyrək, ürək və bütün orqanlara da oksigen çatmadığı üçün böyrək zədələnir. COVID zamanı qan laxtalanmasında da pozulma yaranır və damarları zədələyir, bu da böyrəyə zərər verir. Eyni zamanda, ikincili infeksiyalar yaranır, bu da böyrəyə təsir edə bilir".

Araz İbrahimov deyib ki, iki ilə yaxındır koronavirus dünyada yayılıb, artıq müəyyən statistikalar hazırlanıb: "Çində araşdırma statistikasına görə, virusdan ölən xəstələrin 32 faizində kəskin böyrək çatışmazlığı olub. Virusa yoluxanların 3-10 faizində isə ani böyrək çatışmazlığı yarana bilir. Şəkərli diabet xəstələrində böyrəklərin çox hissəsi sıradan çıxır, COVID də buna təsir edir. Eyni zamanda, piylənmədən əziyyət çəkə insanlar da böyrəklə bağlı risk qrupundadır.

İnsanların xəbəri olmadan bəzilərində uroloji və onkoloji xəstəliklər var. COVID zamanı qanaxma ola bilər, bu zaman xəstənin uroloji və ya onkoloji xəstəkliyi olduğunu da üzə çıxara bilir. Koronavirus sonsuzluq belə yarada bilir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol