• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik meşə yanğınlarının təbiətə vurduğu ziyanı açıqlayıb

Nazirlik meşə yanğınlarının təbiətə vurduğu ziyanı açıqlayıb
12.08.2021 22:30
"Son günlər Azərbaycanda həm meşə, həm də şəhərdəki yaşıllıq sahələrində yanğın hadisələri baş verir. Bu yanğınların da böyük bir qismi insanların səhlənkarlığı, ehtiyatsızlığından irəli gəlir".

Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, Qəbələ və Oğuz rayonlarının meşə ərazilərində, eləcə də Bakı şəhərinin bir neçə ərazisindəki yaşıllıq sahəsində yanğın baş verib: "Təkcə Xətai rayonunun Vunq Tau küçəsində olan yanğın zamanı 45 şam ağacı yanıb, digər ağaclara isə ziyan dəyib. Aparılan hesablamalara görə yaşıllığa təxminən 40 min manat məbləğində ziyan dəyib.

Müşahidələr və araşdırmalar göstərir ki, şəhərdə yaşıllıq ərazilərində baş verən yanğınların bir qismi kommunal təsərrüfat işçilərinin təmizlik aparan zaman qurumuş otları, yarpaqları bir yerə toplaması və ona od vurmasıdır. İkinci əsas fakt isə söndürülməmiş siqaret kötüklərinin yaşıllıq ərazilərinə atılmasıdır”.

Hikmət Əlizadə bildirib ki, bu faktlar ciddi məsuliyyət yaradır və bununla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır: "Vətəndaşlarımızdan xahiş edirik ki, odla ehtiyatlı davransınlar, min bir əziyyətlə ərsəyə gələn yaşıllıqların yanmasına səbəb olmasınlar. Çünki, hər birimizin cüzi ehtiyatsızlığı yanğınlara səbəb olur, ömrü 100 ildən artıq olan ağacların, yaşıllığın məhvi ilə bərabər, dövlətimizin büdcəsinə külli miqdarda ziyan dəyir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol