• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il niyə 700 bal toplayan olmadı? - Ekspert RƏYİ

Bu il niyə 700 bal toplayan olmadı? - Ekspert RƏYİ
12.08.2021 17:40
Bu il ali məktəblərə qəbul imtahanlarında maksimum – 700 bal toplayan olmadı.
 
Əvvəlki illərdən fərqli olaraq, cari tədris mövsümündə abituriyentlərin rekorda imza ata bilməməsi ortaya bir sıra suallar çıxarır: Bunu təhsilin səviyyəsinin aşağı düşməsi kimi qiymətləndirmək olarmı, yoxsa pandemiyanın təsirləri ilə əlaqədardır?
 
Azərbaycanın Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, imtahanların nəticələrinə Vətən müharibəsinin də təsiri ola bilər:
 
 "İlk səbəb iki ilə yaxındır ki, davam edən pandemiyadır. Koronavirus hər addımda təhsilə öz əks təsirini göstərdi. Məktəblərin bağlanması ilə bərabər repetitorların da fəaliyyəti dayandırılmışdı. Abituriyentlərin böyük əksəriyyəti repetitor yanına getdiyindən, bu hal ümumi nəticəyə təsir göstərdi. 44 günlük Vətən müharibəsinin də müəyyən təsirləri oldu”.  
 
Təhsil eksperti Elçin İsmayılov isə pandemiyanın nəticələrə ciddi təsir etmədiyini düşünür. O, məzunların niyə 700 bal toplaya bilməməsini belə izah edib:
 
"Əvvəllər imtahan birmərhələli idi, uşaqlar daha az həyəcan keçirirdi. Son 3 ildə imtahanın ikimərhələli olmağı abituriyentlərə psixoloji olaraq təsir göstərib. İlk dəfə imtahan verəndə həyəcan bir dəfə olurdu və bitirdi. Ancaq ikimərhələli imtahanda uşaqlar daha çox həyəcanlanır. Həm imtahan prosesi ikimərhələlidir, həm də blok imtahanı bir dəfə keçirildi. Düşünürəm ki, bunun  üçün maksimum nəticə olmadı. Pandemiyanın çox ciddi təsiri yoxdur,  bunu keçən ilki nəticələrə əsaslanaraq söyləyirəm. Bəzi  illərdə sualların səviyyəsində müəyyənlər fərqlərdə olur. Maksimum nəticə olmasa da yüksək bal toplayanlar xeyli sayda idi. Bu da təhsil səviyyəsinin aşağı enmədiyini göstərir”. (modern.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol