Anadolu Universitetinin Bakı filialının diplomları niyə tanınmadı?

Təhsil Nazirliyi Anadolu Universitetinin Bakı filialının diplomlarının tanınmamasının səbəblərini açıqlayıb.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, "Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanununa əsasən dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələri (xarici hüquqi şəxsin filialı və nümayəndəliyi daxil olmaqla) fəaliyyət göstərə bilmək üçün lisenziya almalıdır.
Anadolu Universitetinin Bakı filialı İqtisadiyyat Nazirliyindən lisenziya almayıb: "Eyni zamanda bildiririk ki, Türkiyənin Anadolu Universiteti həmin ölkənin təhsil sahəsində səlahiyyətli qurumu tərəfindən akkreditə olunmuş ali təhsil müəssisələrindən hesab olunur".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























