• $
  • €
  • ₽
  • ₺
  • £

Suya allergiyası olan bu gənc qız görün necə duş qəbul edir - FOTOLAR

Suya allergiyası olan bu gənc qız görün necə duş qəbul edir - FOTOLAR
12.08.2021 19:22
Yay aylarında duş qəbul etmək ən çox xoşladığımız sərinləmək üsuludur. Təəssüf ki, "aquagenic pruritus" xəstəliyindən əziyyət çəkən insanlar bu zövqdən məhrumdurlar. Üstəlik, onlar üçün duş qəbul etmək çox ağrılı bir prosesdir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu xəstəlik ilə mübarizə aparan 23 yaşlı Niah Selway necə duş qəbul etdiyi barədə görüntüləri sosial media hesabında paylaşıb. Görüntüləri izləyənlər təəccüblərini gizlədə bilməyiblər. Dərinin suya təmasından sonra ciddi allergiyaya səbəb olan "Aquagenic pruritus" xəstəliyindən 6 ildir ki, Selway da əziyyət çəkir.

23 yaşlı aktiv sosial media istifadəçisi bu gənc qız eyni xəstəliyə tutulan insanlara motivasiya olmaq və izləyicilərinə bu xəstəliklə mübarizə aparanların necə duş etdiyini göstərmək üçün TikTok səhifəsində paylaşım etməyə qərara gəlib.

Duş qəbul etməmişdən öncə hərarətini və təzyiqini ölçən Selway həssas dəri üçün xüsusi hazırlanmış məhsullardan istifadə edir, quru fırça ilə bədənini kisələyərək ölmüş hüceyrələrdən təmizlənir.

"Su ilə təmasdan cəmi 5 dəqiqə sonra allergiya və eyni zamanda ağrılar başlayır. Duş qəbulundan yalnız 3 saatdan sonra ağrılar azalır", - deyə 23 yaşlı Selway izləyicilərini məlumatlandırıb.
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol