• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən Sumqayıtdakı problemlə bağlı AÇIQLAMA

Nazirlikdən Sumqayıtdakı problemlə bağlı AÇIQLAMA
13.08.2021 11:42
"Son zamanlar Sumqayıtda tüstü, iy-qoxunun yayılması ilə bağlı şikayətlər daxil olur, vətəndaşlar tərəfindən haqlı narazılıq bildirilir. Şəhərin havasında tüstü, iy-qoxu olması onsuz da çox isti keçən yay aylarında insanları daha çox narahat edir”.

Bunu ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. 

Onun sözlərinə görə, bununla bağlı mütəmadi olaraq ərazidə monitorinqlər aparılıb, bir neçə müəssisə atmosferi normadan artıq çirkləndirdiyinə görə cərimə edilib:"Monitorinqlərin əsasında müəyyən edilib ki, Sumqayıt şəhərinin havasını əsas çirkləndirən mənbə Sumqayıt məişət tullantıları poliqonudur. Dəfələrlə həmin ərazidə məişət tullantılarının düzgün idarə olunmaması səbəbindən öz-özünə yanma halları aşkar edilib”.

Hikmət Əlizadənin sözlərinə görə, poliqona xidmət tərəfindən dəfələrlə cərimə, məcburi göstəriş verilib: "Son dəfə iyul ayının sonunda poliqona cavabdeh olan vəzifəli şəxs 4800 manat məbləğində cərimələnib. Dünən gecə saatlarında aparılan monitorinq zamanı yenə də tullantıların yandığı aşkar edilib. Bu da həm Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev adına qəsəbənin havasını ciddi çirkləndirib və iy-qoxu vətəndaşların narahatlığına səbəb olub. Problemin həlli üçün icra orqanları tərəfindən ciddi tədbirlər həyata keçirilməlidir. Biz səlahiyyətlərimiz çərçivəsində poliqonun rəhbərliyini dəfələrlə cərimə etmişik. Edilən cərimələrə baxmayaraq, problem hələ də həllini tapmır”.

Xidmət rəsmisi problemin həllini yeni poliqonun tikilməsində, mövcud poliqonun idarə olunmasının düzgün təşkilində gördüyünü vurğulayıb.










www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol