“Ərim məni dəfələrlə döyüb, polisdir deyə cinayət işi açılmır”

Bakı şəhəri, Nərimanov rayon sakini Həsənova Gülcan Elçin qızı keçmiş əri tərəfindən fiziki şiddətə məruz qaldığını, amma rəsmi şikayətinə baxmayaraq, eks-həyat yoldaşı barəsində cinayət işi açılmadığını deyir.
Bu barədə "Qafqazinfo”ya müraciət edən G. Həsənova iddia edir ki, həyat yoldaşı Həsənov Nəriman İdrakoviçə prokurorluq tərəfindən cinayət işi açılmamasının səbəbi onun polis orqanlarında işləməsi ilə bağlıdır: "Keçmiş ərim tərəfindən dəfələrlə döyülməyim və işgəncə olunmağım barədə 2019-cu ilin oktyabr ayında Nizami rayon prokurorluğuna şikayət vermişəm. Şikayətim əsasında araşdırma aparılaraq 19.03.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilib. Həmin qərardan Nizami rayon məhkəməsinə şikayət vermişəm və məhkəmədə işə baxılaraq Nizami rayon prokurorluğunun qərarı əsassız olduğundan ləğv edilib və yenidən araşdırma aparılması üçün material Nizami rayon prokurorluğuna göndərilib.
Qadının sözlərinə görə, şikayəti üzrə yetəri qədər araşdırma aparılıb və iş üzrə ekspertiza rəyləri, təqdim etdiyim fotoşəkillər, səs yazıları, xəstəlik tarixçələri və s. ilə keçmiş ərimin mənə qarşı törətdiyi cinayət əməlləri sübuta yetirilib: "Lakin Nizami rayon prokurorluğu tərəfindən Həsənov Nəriman İdrakoviç polis əməkdaşı olduğu üçün məqsədli şəkildə əsassız olaraq barəsində cinayət işinin başlanması rədd edilir, onun əməlləri ört-basdır edilir. Nizami rayon prokurorluğu tərəfindən araşdırma obyektiv aparılmır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























