Biləsuvarda faciə: Döyülən qadın öz körpəsini suda boğdu- Baş prokurorluqdan məlumat

Biləsuvar rayon İsmətli kəndində gəlin özünün yaş yarımlıq uşağını suya ataraq boğub.
Bu haqda Anews.az Qaynarinfo-ya istinadla xəbər verir. Bildirilib ki, adının çəkilməsini istəməyən kənd sakinlərindən biri məlumat verib.
Verilən məlumata görə, gəlin ailədə davamlı zorakılıq görüb. Dünən gecə də evdə döyülən qadın yaxınlıqda su tapmadığından kəndin girişində, qəbiristanlığın yanından axan şor kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala atıb.
Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından 3 ilin gəlini olan qadına heç nə olmayıb, yosunların arasında itən uşaq isə tələf olub.
Hadisə yerinə prokurorluğun müstəntiqləri gəlib.
Hadisə bu gün səhər, saat 7-8 arası baş verib.

www.anews.az

Saxlanılan yoxdur.
---------------------------------------------------------------------------------------------------------------------
Baş Prokurorluqdan anews.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin anası 1991-ci il təvəllüdlü Reyhan Hacıyeva (ad şərtidir) həmin gün saat 07 radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına intihar etmək məqsədi ilə özünü və oğlunu atıb, nəticədə Zakir Hacıyev (ad şərtidir) suda boğularaq ölüb. Reyhan Hacıyeva (ad şərtidir) isə kənd sakinləri tərəfindən sudan çıxarılıb.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Reyhan Hacıyeva (ad şərtidir) şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib