• $
  • €
  • ₽
  • ₺
  • £

Qanunsuz tikinti qalmaqalı: Keçmiş deputatın oğlu məhkəməyə verilib

Qanunsuz tikinti qalmaqalı: Keçmiş deputatın oğlu məhkəməyə verilib
14.08.2021 17:33
"Ultel” MMC keçmiş deputat Fərhad Qəribovun oğlunu məhkəməyə verib. 

Anews.az Qaynarinfoya istinadla xəbər verir ki, şirkətin Qəribov Zöhrab Fərhad oğluna qarşı iddiası qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. İş artıq apellyasiya  mərhələsindədir. 3 noyabr 2021-ci il tarixə hakim Akif İsgəndərovun sədrliyi ilə baxış iclası təyin edilib. 

Zöhrab Qəribovun hansı qanunsuz tikiliyə sahib olması barədə bilgi yoxdur. 

Fərhad Qəribov Milli Məclisin 3-çü çağırış deputatı olub. O, həmçinin biznesmen kimi tanınıb. Fərhad Qəribov ləğv olunmuş "Debüt Bank”ın, Bakıdakı məşhur "Şəki” restoranının sahibi olub. Yeri gəlmişkən, 2017-ci ildə Mərkəzi Bank "Şəki” restoranının hərraca çıxarılaraq satılması barədə məhkəməyə müraciət etmişdi. Bu məsələdə əsas fiqurant Zöhrab Qəribov idi. 

Bəzi məlumatlara görə, bu qalmaqaldan sonra "Şəki” restoranı Fərhad Qəribovun əlindən çıxıb. İndi "Ultel” MMC-nin iddiası əsasında keçmiş deputat daha bir obyektini itirə bilər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ultel" MMC 13 noyabr 2011-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 035 530 ABŞ dolları olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Səfərov Rizvan Ziyanur oğludur.
 

"Untel” MMC-nin veb-səhifəsindəki məlumata görə, Rizvan Səfərov həm də şirkətin Baş direktorudur.

Rizvan Səfərovun özünə gəlincə, o, 1996-2011-ci illərdə "AzEuroTel” MMC-də Baş direktorun müavini - Texniki direktor vəzifəsində, 2011-2020 illərdə "Azərtelekom” MMC və "Azərkonnekt" MMC-də müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən isə "Ultel” MMC-nin Baş direktorudur.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol