• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayonunda dezinfeksiya işləri aparılıb

Yasamal rayonunda dezinfeksiya işləri aparılıb
15.08.2021 17:30
Son günlərdə ölkədə insanlar arasında koronavirus pandemiyasına yoluxma sayında yenidən kəskin şəkildə artması pandemiya əleyhinə tədbirlərin gücləndirilməsinə səbəb olub. Bununla əlaqədar vətəndaşlarımızın sağlamlığının qorunması və xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda dezinfeksiya həftəliyi elan edilib və bütün rayonlarda pandemiya əleyhinə profilaktiki tədbirlər həyata keçirilir.

Yasamal Rayon İcra Hakimiyyətindən Anews.az-a verilən məlumata görə, ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın bütün rayonlarında genişmiqyaslı əlavə gücləndirilmiş dezindeksiya işləri aparılıb və gün ərzində 550 küçə və prospekt dezinfeksiya edilib.

Bu gün səhər saatlarından paytaxtın Yasamal rayonunda da ümumşəhər dezinfeksiya həftəliyi çərçivəsində geniş profilaktiki tədbirlər həyata keçirilib. Əvvəlcədən təsdiq edilmiş qrafikə uyğun olaraq kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, o cümlədən lift kabinalarında, həyət və yaşayış məhəllələrində, avtobus dayanacaqlarında, park və abad həyətlərdəki idman və əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.

Eyni zamanda, həm də əhali arasında maarifləndirmə işləri aparılaraq yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə sakinlərə ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.
 
 
 






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol