Maşın ağaca çırpıldı, sürücü xəsarət aldı

Zaqatala sakini qəzaya düşüb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Zaqatala şəhər sakini Rəsul Aydın oğlu Duxiyev maşınla hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Rəsul Duxiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























