• $
  • €
  • ₽
  • ₺
  • £

Qadını təhqir etdiyi deyilən başçı danışdı: "Zəng edib, sən mənim qardaşımsan dedi"

Qadını təhqir etdiyi deyilən başçı danışdı: "Zəng edib, sən mənim qardaşımsan dedi"
16.08.2021 11:51
Sabirabad rayon sakini olan qadın icra başçısının onu kabinetində təhqir etdiyini iddia edərək sosial şəbəkələrdə məlumat yayıb. 

Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Unikal.org-a açıqlamasında qadının iddialarının əsassız olduğunu bildirib:

"O qadını rayonda hər kəs tanıyır. İşi-gücü yoxdur. Hər gün icra hakimiyyətindədir. Birincisi, həmin qadın mənim tərəfimdən kabinetimdə qəbul olunmayıb. Mən səhər işə gələndə 7-8 nəfərin yanında  qabağıma çıxıb, demişəm ki, bacım qəbul edərəm, danışarıq. O hər gün buradadır. Hər gün də pul alır. Oğlu da "DOST MMC"-də qeydiyyata alınıb. Onların ailəsində iki nəfər dövlətdən maaş alır. Mən nə etməliyəm ona? Hər gün siqaret də damağında burada dayanır. Yenə də onlar daim nəzarətim altındadır, ötən 5-ci gün ona kömək etmişəm, amma hər şeyin də dərəcəsi var. Gündə adama pul verərlər? Şüvənlə, hay-küylə məsələlər həll olunur? 

Həmin qadın video yayılandan sonra mənim iş telefonuma zəng edərək deyib ki, sən mənim qardaşımsan, mən elə şey danışmaram. Mən də dedim ki, bəs video nədir, bu nədir? Özü bilər.  Vəzifədə işləyirəm deyə, kim nə gəldi ünvanıma deyə bilməz". 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol