Bu küçələrdə sıxlıqdır - Siyahı

Hazırda Bakının bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Şah İsmayıl Xətai prospekti (Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən,Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməyə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospektinə çıxan yol) davamlı olaraq qısa müddətli sıxlıqlar müşahidə olunmaqdadır.
Alı Mustafayev küçəsi - Köməkçi yolda - Ziya Bünyadov prospekti istiqamətindəki sıxlıq davam etməkdədir və demək olar ki, nəqliyyat vasitələrinin hərəkəti dayanmış vəziyyətdədir. Səbəb olaraq, yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanmasını göstərmək olar.
Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşlar küçəsi ilə kəsişmədən, Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıq var.
Koroğlu Rəhimov küçəsi - (Təbriz küçəsi ilə kəsişmə istiqamətindən, Fətəli xan Xoyski küçəsi ilə kəsişməyə qədər olan hissəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq müşahidə olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























