Azərbaycanlı yanğınsöndürənlərin ilk qrupu Türkiyədən qayıdıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin ilk qrupu bu gün Vətənə qayıdıb.
"Report" əməkdaşı xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında FHN-in qardaş ölkədə meşə yanğınlarının qarşısının alınması və söndürülməsi işləri üçün yanğınsöndürmə qruplarına cəlb olunan texnika və heyətinin qarşılanma mərasimi olub.
Qeyd edək ki, axşam saat 23:00 radələrində heyətin ikinci qrupu Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq. Quru yolu ilə gələn texnikalar isə bu gün Türkiyədən Vətənə yola düşüblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























