Döyüldüyü iddia edilən uşağın babası nəvəsini təkzib etdi - YENİLƏNİB

Bakının Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisə ilə bağlı müvafiq yoxlamalar aparılır. APA-nın xəbərinə görə, 2006-cı il təvəllüdlü Nahid Zaur oğlu Cavadovun babası hadisənin baş verdiyi internat məktəbinə gəlib. Özünü uşağın babası kimi təqdim edən Cavadov Racəddin Dilən oğlu deyib ki, onlar Goranboy rayondandırlar. Babanın sözlərinə görə, həftədə 1-2 dəfə gəlib uşağı aparıblar. Onun sözlərinə görə, uşağın özü də ona döyülmədiyini, məktəbdə yıxıldığını deyib: “Həmin gün uşaq həkimə də göstərilib. Mən də internat məktəbinə gəlmişdim. Mənə də dedi ki, yıxılıb. Videoda onun döyülməsi ilə bağlı səsləndirdiyi fikirlər uşağa təzyiq nəticəsində də ola bilər. Ola bilsin ki, uşağa təzyiq olunub. Çünki Afaq müəllimə ona çox yaxşı baxır, hər zaman qulluq edirdi. Hadisə baş verən gün mən gələndə də uşaq mənə dedi ki, onu heç kim döyməyib, yıxılıb”. Qeyd edək ki, hazırda araşdırmalar davam edir. ***Bakıda internat məktəbində döyüldüyü iddia olunan şagirdlə bağlı məsələni Suraxanı Rayon Prokurorluğu araşdıracaq.Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin təhqiqatçısı Rasim Seyidov məlumat verib. R. Seyidov qeyd edib ki, 7 nömrəli xüsusi internat məktəbinin şagirdi, 2006-cı il təvəllüdlü Nahid Zaur oğlu Cavadovun sifətində göyərmə izləri ilə bağlı hadisə şahidlərinin və internat rəhbərliyini izahatları toplanılaraq, araşdırılması üçün Suraxanı Rayon Prokurorluğuna təqdim edilib. Qeyd edək ki, sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun müəllim tərəfindən dəyənəklə döyülməsi barədə məlumatlar yayılıb. Təhsil Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, may ayının 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində səhəri gün onun gözlərinin altı qaralıb. Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı N. Cavadov yıxıldığını təsdiqləyib. Şagird bildirib ki, ona qarşı heç bir fiziki təzyiq halı baş verməyib. Şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN və DİN-in əməkdaşlarına da söyləyib. Sonradan isə “youtube”də Nahid Cavadovun videosu yayılıb. O, Afaq adlı müəllimə tərəfindən döyüldüyünü deyib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























