• $
  • €
  • ₽
  • ₺
  • £

Polis əməkdaşı qəza törətdi: 1 nəfər öldü

Polis əməkdaşı qəza törətdi: 1 nəfər öldü
29.05.2020 04:55

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün saat 19.00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 92-ci kilometrliyində, Gövhərli kəndi ərazisində qeydə alınıb. İmişli rayon mühafizə bölməsində polis nəfəri işləyən Beyləqan rayon sakini Pərviz Qulu oğlu Orucov idarə etdiyi  “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və  avtomobil aşaraq  yoldan çıxıb. Qəza  zamanı sərnişinlərdən biri  İmişli rayon mühafizə bölməsində polis nəfəri işləyən İmişli rayon Qızılkənd sakini, 1987-ci il təvəllüdlü Cövdət Hamlet oğlu Hacıyev hadisə yerində dünyasını dəyişib. Sürücü  və   digər  sərnişinlər İmişli rayon sakinləri - 1983-cü il təvəllüdlü  Elnur Valeh oğlu Mustafayev, Ramin Nəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi  Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol