Valideynlərdən vaksin sənədi tələb edilir?

Son günlər sosial şəbəkələrdə övladı orta məktəbə və bağçaya gedən valideynlərdən COVID-19 pasportunun tələb olunması ilə bağlı məlumatlar yayılıb.
Valideynlər onlara koronavirusa qarşı peyvənd olunmayacaqları təqdirdə övladlarının məktəb və bağçaya götürülməyəcəyi ilə bağlı təzyiqlər olunduğunu iddia edirlər. Redaksiyamıza daxil olan müraciətlərin birində Yasamal rayonunda yerləşən 94 saylı uşaq bağçasından bununla bağlı bütün valideynlərə zəng olunduğu bildirilib. Həmçinin digər məktəbəqədər təhsil müəssisələrində də valideynlərə eyni məzmunlu zənglərin olunduğu iddia edilir.
Qeyd edək ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya bu il yanvar ayının 18-dən etibarən başlanılıb və hazırda ölkədə 4 növ vaksin tətbiq olunur. Vaksinasiya prosesi könüllü xarakter daşıyır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























