Polis məhkəmədə vəkili döyərək zaldan çıxarıb?

Vəkil Coşqun İsgəndərovun Şirvan Apellyasiya Məhkəməsində polis tərəfədən döyülməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilib ki, polis əməkdaşları vəkilə təzyiq göstərərək ondan məhkəmə zalını tərk etməyi tələb ediblər.
"Qafqazinfo" xəbər verir ki, yayılan iddialara görə, C.İsgəndərov ittiham Qabil Ələsgərovun hüquqlarını müdafiə etdiyini bildirsə də, polislərə rəhbərlik edən Rauf Şahbazov vəkili təhqir etməyə başlayıb. Bundan sonra polis əməkdaşları hüquqşunasa hücum çəkərək onu məhkəmə zalından çıxarıb.
Məsələ ilə bağlı DİN-dən E-huquq.az-a bildirilib ki, C.İsgəndərov Şirvan Apellyasiya Məhkəməsində keçirilən başqa bir proses zamanı zala mülki geyimdə daxil olaraq məhkəmədə polis əməkdaşlarına kinayəli suallar ünvanlamaqla, asayiş keşikçilərini təxribata çəkməyə cəhd göstərib:
"Polis əməkdaşları isə məhkəmə prosesinə mane olan şəxsə iradlarını bildirərək, onu intizama dəvət ediblər. Polis əməkdaşları məhkəmə zalında keçirilən prosesin Qabil Ələsgərovun məhkəməsi olmadığını və ona məhkəmənin gedişatına mane yaratmamaq üçün zalı tərk etməsini bildirən zaman isə vəkil Coşqun İsgəndərov orada mübahisə yaradıb. Daha sonra isə həmin şəxs polis əməkdaşları tərəfindən zaldan uzaqlaşdırılması təmin edilib. Qeyd olunan məsələ ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırmalar aparılır".
"Buna hüququ çatan yeganə orqan məhz məhkəmələrdir. Qısa zaman ərzində bunu törədən şəxslər cəzalandırılmalıdır. Bu eyni zamanda ədalət mühakiməsinə qarşı edilən hörmətsizlikdir".
"Yəqin bəyanatı yayanlar da bilmirlər ki, polisin vəkili zaldan çıxarmaq səlahiyyəti yoxdur. Polisin vəkili döyməsi halı dəfələrlə təkrarlanır. Lakin, bununla bağlı heç bir araşdırma aparılmır və polislər cəzalandırılmır. Tələb edirəm ki, bununla bağlı araşdırılma aparılsın, məhkəmə zalında quraşdırlmış video müşahidə cəmiyyətə elan edilsin".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























