Ağsuda dağlıq ərazi yanır

Ağsu rayonu, Keşdiməz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.
Anews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























