Saxlanılan şəxs Sumqayıt Şəhər Polis İdarəsində ölüb

Sumqayıt Şəhər Polis İdarəsində ölüm faktı qeydə alınıb.Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında qeydə alınıb.Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgər Əli oğlu Əliyev naməlum səbəbdən təcridxanada ölüb.Polisdən Ə. Əliyevin Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanıldığı bildirilib.Ə. Əliyevin ölüm səbəbi keçirilən ekspertizanın nəticəsindən sonra məlum olacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























