Nazirlikdən körpə ölümü açıqlaması

"Ana ilan görüb, stress keçirib”Səhiyyə Nazirliyindən Sabunçu rayonunda yerləşən xəstəxananın Ginekoloji şöbəsində doğuşdan sonra dünyasını dəyişən uşaqla bağlı açıqlama veriblər.Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ana hamiləliyi zamanı stress keçirib: “Ananın patologiyası olub. İlan görüb, stress keçirib. Stress onun bətnində olan uşağa da təsir edib. Uşaq reanimasiyada ölüb”.Qeyd edək ki, hadisə ötən gün Sabunçu rayonunda yerləşən xəstəxananın Ginekoloji şöbəsində baş verib. Məhərrəmova Fəridə doğuş sancıları ilə xəstəxanaya yerləşdirilib. Ananın yaxınlarının sözlərinə görə, həkimlər əvvəl doğuşun normal keçdiyini deyiblər. Doğuşdan sonra isə həkimlər uşağın öldüyünü söyləyiblərANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























