• $
  • €
  • ₽
  • ₺
  • £

AXCP fəalı polisdən prokurorluğa şikayət edib

AXCP fəalı polisdən prokurorluğa şikayət edib
17.08.2021 12:37
Avqustun 16-da vəkil Nemət Kərimli həbs olunmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovla saxlandığı 3 saylı İstintaq Təcridxanasında görüşüb. 

Aqil Hümbətov vəkilə Xəzər Rayon Polis İdarəsində ağır işgəncələrə məruz qaldığını bildirib. "Aqil Hümbətov mənə deyib ki, onu soyundurub zorlayacaqları ilə hədələyiblər".

A.Hümbətov məhz buna görə etirafedici ifadələrə qol çəkdiyini iddia edib.

O, özünə qarşı irəli sürülən ittihamları rədd edib. 

Nemət Kərimli bildirib ki, məsələ ilə bağlı prokurorluğa şikayət verilib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana bildirib ki, həmin iddialar əsassızdır. "Heç bir halda istintaq orqanında şübhəli bilinən, ittiham olunan şəxsin fiziki təzyiqə məruz qoymağa ehtiyac yoxdur. İddialar əsassızdır. Həmin başlanmış cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir".

E.Hacıyev həmçinin əlavə edib ki, vətəndaşın istintaqın gedişatı ilə bağlı hər hansı şikayəti varsa onun şikayət etməyə hüququ var. 

Aqil Hümbətov yaşadığı Zirə qəsəbəsində Yaman Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. (turan)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol