Azərbaycan diaspor nümayəndələri Şuşadadır

Azərbaycanda olan diaspor nümayəndələrindən ibarət ikinci qrup Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə artıq Şuşa şəhərindədir.
Diasporla İş üzrə Dövlət Komitəsindən Anews.az-a verilən məlumata görə, "Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi-memarlıq incilərini, erməni vandalizminin sübutu olan "Güllələnmiş heykəllər”in olduğu meydanı, iki qardaş ölkəni bir-birinə sıx tellərlə bağlayan Şuşa Bəyannaməsinin imzalandığı yeri, Şuşa qalasının üç əsas qapısından biri olan Gəncə qapısını, qədim tarixə malik Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini, Mehmandarovların evini, Xurşidbanu Natəvanın evini, Cıdır düzünü və digər tarixi əhəmiyyətli yerləri ziyarət edirlər.
Xaricdə yaşayan azərbaycanlılar iri ölçülü Azərbaycan bayrağını Cıdır düzündə dalğalandırıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























