İş adamı Dövlət Sərhəd Xidməti tərəfindən təltif olunub

İş adamı Cavidan Qorçıyev Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən təltif olunub.
"Qafqazinfo" xəbər verir ki, bu gün Sərhəd Qoşunları Günü münasibətilə Xidmətin rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə ona "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı təqdim edilib.
"Ermənilərə qarşı döyüşlərdə iştirak etmək istədiyimi ərizədə göstərmişdim. Onda mənə bildirmişdilər ki, hələlik qismən çağırış elan edilib və 3 övladım olduğu üçün hələ arxa cəbhədə öz işini görməliyəm və lazım bilinən vaxt orduya çağırılacam. Həmin ərəfədə qərara gəldim ki, ordunun təminatında iştirak edim və mənə məxsus olan avtomobili təmənnasız Dövlət Sərhəd Xidmətinə hədiyyə etdim. Ondan sonra da bir neçə dəfə Silahlı Qüvvələrə yardım aksiyalarında iştirakı özümə borc bilmişəm".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























