7 yaşlı Nihad: “Afaq müəllimə başıma taxta ilə vurdu” - VİDEO

7 saylı internat məktəbində müəllimə tərəfindən rezin dəyənəklə döyüldüyü iddia edilən 7 yaşlı Nihad Zaur oğlu Cavadovun yeni videogörüntüsü yayılıb.
Mobil telefonla çəkilmiş görüntüdə Nihad hadisənin təfərrüatlarını danışır və Afaq adlı müəllimə tərəfindən döyüldüyünü bildirir.
Qeyd edək ki, uşağın döyülməsi ilə bağlı xəbər yayıldıqdan sonra Təhsil, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri hadisə yerində araşdırma aparmağa başladıqlarını açıqladılar. Günün sonunda isə Təhsil və Daxili İşlər nazirlikləri uşağın döyülmədiyi, ayaqyolunda sürüşərək yıxıldığı barədə xəbər yayıblar.
Qeyd edək ki, APA TV-nin əməkdaşı hadisə baş verən gün Əmircanda yerləşən internata getsə də, əməkdaşlarımıza içəri daxil olmağa və uşaqla görüşünə icazə verilməyib. Təhsil Nazirliyi bunu müəssisənin xüsusi statuslu olması isə izah edib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























