• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda poliklinikada mübahisə düşüb, polis çağırılıb

Bakıda poliklinikada mübahisə düşüb, polis çağırılıb
18.08.2021 16:15
Sosial şəbəkələrdə 16 saylı poliklinikada peyvənd üçün müraciət edən vətəndaşlar tərəfindən çəkilmiş videogörüntülər yayılıb. İddia olunur ki, poliklinikada çalışan həkim tərəfindən vətəndaşlarla kobud davranılır.

Videonu çəkən şəxs iddia edir ki, tibb işçisi TƏBİB-i, elektron qaydada götürülmüş növbəni nəzərə almayaraq özü yerində növbə yazır: "Bu xanım peyvənd olunmaq üçün növbə götürən şəxslərə "Mən TƏBİB saymıram. Burada növbəni mən verirəm” deyir. Bu, özbaşnalıqdır".

"Qafqazinfo” səslənən ittihamlarla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, problem vətəndaşların poliklinikada növbəsiz vaksinasiya olunmaq istəmələri səbəbindən yaranıb:

"Nazim və Nadim adında iki nəfər 16 nömrəli Şəhər Poliklinikasına vaksinasiya üçün növbəsiz daxil olmaq istəyiblər. Qeydiyyat şöbəsində əyləşən xanım onlara növbələrini təqdim edib və növbədə gözləmələrini bildirib. Həmin vətəndaşlar qeydiyyatçı xanımı təhdid etməyə başlayıblar və "siz bilmirsiniz biz kimik, növbəsiz keçəcəyik” kimi ifadələr işlədərək kobud davranmağa başlayıblar. Hətta xanımı lağa qoyaraq gülüblər. Nəticədə mübahisə düşüb və hadisə yerinə polis əməkdaşları çağırılıb. Nizam-intizamı pozan vətəndaşlar polis əməkdaşlarının köməkliyi ilə poliklinikadan uzaqlaşdırılıblar.

Qeydiyyatçı xanım səhiyyə qurumlarına qarşı heç bir ifadə səsləndirməyib. Hadisə yerində olan İcra Hakimiyyəti nümayəndəsi də polis əməkdaşları ilə söhbət zamanı bunu təsdiqləyib".
***

Mübahisədə adı keçən Nazim Qasımzadə isə "Qafqazinfo"ya müraciət edərək bildirib bi, nazirliyin açıqlaması həqiqəti əks etdirmir. Belə ki, vətəndaş onlayn qaydada növbə götürdüyünü və yalnız öz saatı çatan zaman poliklinikaya yaxınlaşdığını qeyd edib. N. Qasımzadə eyni zamanda növbə ilə bağlı ona gələn SMS bildirişi də redaksiyamıza göndərib:


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol