• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq AXCP üzvünün həbs edilməsinin səbəbini açıqlayıb

Baş Prokurorluq AXCP üzvünün həbs edilməsinin səbəbini açıqlayıb
18.08.2021 16:21
Son zamanlar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Hümmətov Aqil Valeh oğlunun əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə dair məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Hümmətov Aqil Valeh oğlunun qonşusu Məmmədov Yamən Tağı oğlunun sağlamlığına qəsdən ağır xəsarət yetirməsi faktına görə Bakı şəhəri, Xəzər rayon polis şöbəsinin istintaq şöbəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İstintaqla Aqil Hümmətovun üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağ massivində yerləşən fərdi yaşayış evinin həyətində heç bir əsaslı səbəb olmadan Məmmədov Yamən Tağı oğlunun qarın nahiyəsindən qəsdən vurmaqla onun sağlamlığına ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Aqil Hümmətova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilərək prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd olunan cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, A.Hümmətov AXCP üzvüdür.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol