• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi moped sürücüsünü vurdu - Video

Yol polisi moped sürücüsünü vurdu - Video
18.08.2021 16:50
Sosial şəbəkələrdə ötən gün paytaxtın Azadlıq prospektində Dövlət Yol Polisinə məxsus avtomobilin sürücüsünün qəza törətməsi  barədə görüntülər yayılıb. MediaPost-un məlumatına görə, işıqforun qırmızı işığında keçən polis həmin yoldakı motosiklet sürücüsünü yaralayıb. Hadisədən sonra polis maşınının ərazidən uzaqlaşdığı iddia edilir.

"Qafqazinfo” məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb. V. Əsədov bildirib ki, hadisə dünən 18:35-də paytaxtın Nəsimi rayonunun Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində qeydə alınıb:

"Süjetdən göründüyü kimi, hadisə yerində Yol Patrul Xidmətinin avtomobilidir. Mopedi idarə edən isə 22 yaşlı Bakı şəhər sakini Həmidov Mikayıl Tehran oğludur. Hazırda hadisə ilə əlaqədar təhqiqat davam etdirilir. Həmidov Mikayıl hadisə yerindəcə polisin özü tərəfindən tibbi müayinəyə aparılıb. Ona lazımi tibbi yardım göstərilib və dərhal evə buraxılıb.

Hadisəyə hələ hüquqi qiymət verilməyib. Çünki həmin ərazidə videokameralar var. Vətəndaşın avtomobilində olan videokamera onun əhatə etdiyi dairəni göstərir. Bu da təbii ki, süjeti izləyən vətəndaşda çaşqınlıq yarada bilər. Həmin ərazidə böyük müşahidə kamerası var. Hadisə təfərrüatı ilə araşdırılacaq və videokameranın görüntüləri əsasında qərara gəlinəcək. İndidən demək olmaz ki, polis işçisi qırmızı işıqda keçib və  günahkardır. Süjetə diqqətlə baxanda 22 yaşlı moped sürücüsünün o cür idarəetməsinin düzgün olmadığı görünür. Qarşısına hərəkət üstünlüyünə malik olan polis işçisi çıxıb. Sürücü əyləci basmaq əvəzinə çaşıb sola sıxır.

Vaqif Əsədov bu tip nəqliyyat vasitəsi idarə edən sürücülərə müraciət edib: "Bu ifadəni deməklə mən kimisə günahlandırmıram. Ancaq bir daha moped, velosiped, motosikl sürücülərinə müraciət edərək bildirmək istəyirəm ki, adi bir vəziyyətdə yol qəza hadisəsinin necə baş verdiyini görsünlər. Bəzi moped sürücüləri arxayın şəkildə hərəkətin əksinə nəqliyyat vasitəsini idarə edirlər, piyada keçidlərində sürürlər. 

Bütün bunlar nəticə etibarilə yol qəza hadisələrinin yaranmasına gətirib çıxarır. Moped sürücüləri bilməlidir ki, yol hərəkətində hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələri var. Xahiş edirik ki, onlar da başqa hərəkət iştirakçıları kimi ən azı öz təhlükəsizliklərinin təmin edilməsi naminə  yol hərəkəti qaydalarının tələblərinə düzgün riayət etsinlər”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol