Polis metroda, taksidə və avtobusda maska taxmayanları cərimələyib

Respublikamızın bütün şəhər və rayonlarında, eləcə də paytaxt Bakıda xüsusi karantin rejimi ilə əlaqədar gücləndirilmiş nəzarət-profilaktik tədbirlərin təşkili və keçirilməsi diqqət mərkəzində saxlanılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.
Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu ictimai nəqliyyatda – Bakı Metropoliteninin stansiyalarında, taksilərdə, avtobuslarda eləcə də digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























