• $
  • €
  • ₽
  • ₺
  • £

Mədət Quliyev: "Prezidentin tapşırıqları artıq 2040-2050-ci illəri əhatə edir"

Mədət Quliyev: "Prezidentin tapşırıqları artıq 2040-2050-ci illəri əhatə edir"
18.08.2021 17:41
"Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2005-ci ildə təsis olunub. Bilirsiniz ki, ötən ilin sentyabr ayının 27-də Ermənistan tərəfi yenidən Azərbaycana hücum etdi və müvafiq tapşırığa əsasən müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 gün sonra parlaq qələbə qazandı. Bu zəfərdə heç şübhəsiz ki, Azərbaycanın günü-gündən inkişaf edən müdafiə sənayesinin də böyük rolu oldu. Hesab edirəm ki, məhz bu mənada Azərbaycan Prezidenti elə həmin zamanlardan 2020-ci illəri görürdü".

Bunu "IDEF - 2021" beynəlxalq silah sərgisində iştirak etmək üçün İstanbula səfər edən Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev "Report"un yerli bürosuna eksklüziv açıqlamasında bildirib.

Nazir qeyd edib ki, ölkə başçısı mütəmadi olaraq müdafiə sənayesində inkişaf perspektivlərinin genişləndirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verir.

"Deyə bilərəm ki, burada bir neçə dövlətin müdafiə sənayesi naziri ilə görüşlər keçirirəm, yol xəritəsi cızılır, birgə əməkdaşlıq və tərəfdaşlığın, habelə mübadilə proqramlarının gücləndirilməsi ilə əlaqədar planlar var", - o, əlavə edib.

M.Quliyev Azərbaycan Prezidentinin indiki dövrdə Müdafiə Sənayesi Nazirliyinə tapşırıqlarının daha geniş planlı olduğunu bildirib:

"Cənab Prezidentin bizə tapşırıqları artıq 2040-2050-ci illəri əhatə edir və bu gün Azərbaycanın müdafiə sənayesindəki məqsədlər artıq yalnız avtomat, pulemyot istehsalından yox, 20-30 il sonra ən müasir texnologiyalarla hazırlanacaq silahlardan ibarətdir" - nazir əlavə edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol