• $
  • €
  • ₽
  • ₺
  • £

Tovuzda güclü leysan olub

Tovuzda güclü leysan olub
22.05.2014 10:14
Kənd təsərrüfatına ciddi ziyan dəyib, rayon mərkəzi və bir neçə dağ kəndi elektrik enerjisiz qalıb

Tovuza yağan güclü yağış bir sıra fəsadlar yaradıb.Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Məmmədovun APA-nın qərb bürosuna verdiyi məlumata görə ötən gecə rayon ərazisində yağan yağış daha çox dağ kəndlərində fəsadlara səbəb olub.Rayonun İbrahim Hacılı, Bayramlı, Çapaq, Kirən, İsəkənd, Qarabağlılar, Ağdərə və digər kəndlərində leysan yollarını yuyaraq sıradan çıxarıb.Bundan başqa, kəndlərdə yaşayış evlərinə su dolub. Bəzi evlərin divarlarında çatlar əmələ gəlib.Güclü yağış kənd təsərrüfatına da ciddi ziyan vurub. M. Məmmədovun bildirdiyinə görə, leysan yağış kartof və digər əkin sahələrini yuyaraq tam yarasız hala salıb. Bəzi kəndlərdə iri və xırda buynuzlu heyvanlarında tələf olduğu da bildirilir.Tovuz rayon Elektrik Şəbəkəsinin rəisi Zöhrab Paşayev APA-ya bildirib ki, şimşək çaxması nəticəsində rayonun dağ kəndlərinə gedən elektrik naqilləri sıradan çıxıb.Qovlar şəhərində 110 kilovoltluq yarımstansiyanın da yararsız hala düşdüyünü deyən Z. Paşayev hazırda rayon mərkəzi də daxil olmaqla bir sıra dağ kənddə elektrik enerjisinin olmadığını bildirib.M. Məmmədov hazırda leysanın vurduğu ziyanın araşdırıldığını deyib. ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol