Azərbaycanda Aşura ilə əlaqədar mərasimlər keçiriləcəkmi?- Rəsmi Açıqlama

Azərbaycanda Aşura ilə bağlı məscidlərdə namaz qılınacaq.
Anews.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat katibi Rəhimə Dadaşova bildirib.
"Zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun olaraq Aşura ilə bağlı dini mərasimlər həyata keçiriləcək",-deyə qurumun sözçüsü əlavə edib.
Qurumdan bildirilib ki, imam və qazilərə bununla bağlı müvafiq tapşırıqlar verilib.
Bu gün Aşura günüdür. Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-cu günü olan Aşura günü avqustun 19-na təsadüf edib.
Aşura günü şiə müsəlmanları üçün vacib gündür. Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Hüseynin Kərbəla döyüşündə şəhid olduğu gün kimi qeyd edilir.Əvvəllər həmin gün Azərbaycanda müsəlmanlar zəncir vurub qan çıxarırdı. Müstəqillik əldə etdikdən sonra isə QMİ vətəndaşlara qan verməyi tövsiyə etdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























