• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosundan istifadə edən şəxslər üçün YENİ XƏBƏR!

Bakı metrosundan istifadə edən şəxslər üçün YENİ XƏBƏR!
19.08.2021 14:02
Bakı metrosunda yeni stansiyanın tikintisi davam edir.

Anews.az bakuws-ə istinadla xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. O əlavə edib ki, bütün işlər plana uyğun aparılır.

"Hazırda bənövşəyi xətt üzrə əsas diqqət Xocahəsən elektrik deposu və onun tərkibində olacaq "Bakmil" tipli yerüstü stansiyasına yönəlib. Tunelə qədər yol infrastrukturunun qurulması istiqamətində də əhəmiyyətli işlər icra olunmaqdadır.
"Bənövşəyi xətt"in 4-cü stansiyası (B-4) olacaq Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında isə inşaatın ilkin hazırlıq işləri aparılır", - deyə qurum rəsmisi bildirib.

Bəxtiyar Məmmədov əlavə edib ki, xəttin beşinci stansiyası (B-5) üzrə yer bəllidir və o istiqamətdə işlər B-4-də işlər qurtardıqdan sonra başlayacaq: "B-5 stansiyası Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşəcək".
Bəxtiyar Məmmədov həmçinin deyib ki, Xocahəsən elektrik deposunun 3 mərhələdən ibarət inşası planlaşdırılır:
"Hazırda mövcud olan stansiya və xətlərin istifadəsi üçün birinci mərhələ nəzərdə tutulub. Xətt gələcəkdə inkişaf etdikcə, yeni stansiyalar inşa olunduqca ikinci və üçüncü mərhələ icra olunacaq.

Birinci mərhələ üzrə işlər sürətlə davam edir. Bəzi sahələrdə tamamlanma işləri gedir. Stansiyanın inşası birinci mərhələnin davamı olaraq aparılacaq. Metro stansiyanın inşası 2022-ci ilin sonuna qədər yekunlaşacaq".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol