İstirahət mərkəzinin sahibi barəsində cinayət işi başlanılıb

Lənkəran rayonunda yerləşən "Pambəhi” ailəvi istirahət mərkəzinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş material əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmışdır.
Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Osaküçə meşəbəyliyinin 10 saylı dolayında yerləşən qeyd edilən ailəvi-istirahət mərkəzinin sahibi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Firad Həbibov tərəfindən həmin ərazidə yerləşən 40 və 60 sm diametrli 2 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 13 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.
Hazırda istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























