Naftalanda 100-dək qazi reabilitasiya alır -FOTOREPORTAJ

Naftalan Reabilitasiya Mərkəzində postmüharibə dövründə 100-dək qazi 100-dək qazi sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təmin edilib.

Qurumun rəhbərinin sözlərinə görə, 2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisələri ölkənin müxtəlif nöqtələrində fəaliyyət göstərir.



www.anews.az
Anews.az-ın məlumatına görə, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin şöbə müdiri Tural Qurbanov bildirib.

Qurumun rəhbərinin sözlərinə görə, 2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisələri ölkənin müxtəlif nöqtələrində fəaliyyət göstərir.
Postmüharibə dövründə reabilitasiya müəssisələrində müharibədə yaralanmış qazi və yaxınlarının, şəhid ailəsi üzvləri olmaqla, ümumilikdə 1400-dək şəxsə xidmətlər göstərilir.

Naftalan Reabilitasiya Mərkəzi ay ərzində 50 xəstə qəbul edir. Reabilitasiya müddəti 14 gündür. Mərkəzdə xəstələr üçün 25 çarpayı ayrılıb.

Reabilitasiya xidmətlərinə ayağının aşağı ətrafı amputasiya edilmiş qazinin sağalması prosesi, protezlər qoyulan qazilərin hərəkət etməsinə yardım, məşqlərin keçirilməsi, kəllə-beyin travması almış qazilərə psixoloji təlimlərin keçirilməsi, müxtəlif bədən hissələrindən zərər görənlər üçün idman zalları, əzələlərin möhkəmləndirilməsi üçün fizioterapiya xidmətləri aiddir.

Samirə Əli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























