• $
  • €
  • ₽
  • ₺
  • £

"Risale-i Nur"la bağlı açıqlama

"Risale-i Nur"la bağlı açıqlama
21.05.2014 18:29
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) mətbuatda yayılan qadağan olunmuş dini ədəbiyyatların siyahısı ilə bağlı açıqlama veriblər. Dini Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən açıqlamada qeyd olunub ki, qadağan olunmuş dini ədəbiyyat adlı bir anlayış yoxdur: “Ölkədəki dini duruma mənfi təsir edə biləcək məlumatların olduğu və ya təriqətçiliyi yaydığı üçün bəzi ədəbiyyatların ölkəyə idxalı və çapı məqsədə uyğun hesab edilmir. Ümumiyyətlə qadağan olunmuş dini ədəbiyyat adlı bir anlayış yoxdur”.Qeyd edək ki, bir müddət öncə Azərbaycanda qadağan olunmuş dini ədəbiyyatlardan ən təhlükəlilərinin adları açıqlanıb. Mətbuatda yayılan məlumatlarda qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar zamanı həmin ədəbiyyatlar müsadirə edilərək götürülüb. Yayılan məlumatlarda qeyd olunub ki, həmin dini ədəbiyyatların hamısı DQİDK tərəfindən qadağan elan edilib və həmin nəşrlərin Azərbaycana gətirilməsi də yasaqlanıb.Qadağan edilən ədəbiyyatlar aşağıdakılardır:“Risale-i Nur"” “Sünnilik” (müəllif: Əbdürrəhman)“Müqəddəs kitan – Əhdi-Ətik”“Gözətçi gülləsi”“Vəhhabiyyət iki yol arasında” (müəllif: Şeyx Nasir Məkarin Şirazi)“Vəhhabi Firqəsi” (müəllif: Seyid Məhəmməd Həsən Qəzvini)“Qərb dinində - Aşurayadək” (müəllif: Seyid Kazım Pərpənci)“Cəməl müharibəsi” (müəllif: Cəsar Sübhani)“Günahın acısı” (müəllif: Haşim Rasuli)“Zühur əsri” (müəllif: Əli Kuranu)“Böyük dini rəhbərin həyat və fəaliyyəti”“İlahi ədalət”“Yehova müasir xalqı”“Yehova Allahın padşahlığını bəyan edir”“Bağdad alimlərinin bəhsi” (müəllif: Məqafil-İbə Ətiyyə)“Bir yəhudi fitnəsinin nəticələri”“Peyğəmbərin haqq canişini kimdir?” (müəllif: Əhməd Əssədnajat)“Doğru olanlarla birgə” (müəllif: Məhəmməd Ticani Səmavi)“Pişəvəri gecələri” (müəllif: Seyid Məhəmməd Musəvi-Şirazi)“Vəhhabiliyin ayinlər” (müəllif: Cəfər Sübhani)“Sülid din”“Seyid Mürtəza Müctəhidi”“Ali İmran”“Bir dəstə gül”“İmam əsgərin həyatı”“Musa Kaziminin həyatı”“İmam Rzanın həyatı”“Şiə və əsassız ittihamlar” (müəllif: Seyid Sadiq Şirazi).Nurçulardan ANS PRESS-ə daxil olan məktubda isə qadağan olunan dini ədəbiyyatlarla bağlı mətbuatda gedən siyahıda yalnışlıqların olduğu qeyd olunub:“Dini qurumun "Risale-i Nur" əsərləri ilə bağlı yaxın zamanımıza kimi müsbət rəyləri ilə bağlı rəsmi sənədlərlə mövcuddur. Qadağan olunmuş dini ədəbiyyatla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə saxladığımız əlaqəyə görə mətbuata verilən siyahıdan komitənin xəbəri yoxdur. Qadağan olunmuş dini ədəbiyyatın da üzərində araşdırmalar gedir. Bir daha dəqiq deyək ki, bu günə kimi Azərbaycanda illərdir oxunan "Risale-i Nur" əsərləri barədə heç bir rəsmi qadağan yoxdur”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol