Axtarışda olan şəxs tapıldığı gün polis bölməsində öldü

Bakıda saxlanılan şəxs polis bölməsində ölüb.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, Səbail Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan Ərzi Bəhruz oğlu Fərəcov avqustun 20-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yeri müəyyən edilərək saxlanılıb: "Həmin şəxs saat 21 radələrində 8-ci Polis Bölməsinə gətirilib. Gecə saat 04 radələrində halı pisləşdiyi üçün polis bölməsinə təcili yardım çağırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Ərzi Fərəcov ölüb. Həkimlərin rəyinə görə, o, ürəktutmadan vəfat edib".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























