600-dən yuxarı nəticə göstərən abituriyentlərin sayı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarında 600-dən yuxarı nəticə göstərən abituriyentlərin sayını açıqlayıb.TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, qəbul imtahanlarında əvvəlki illərin məzunlarından yalnız 10 abituriyent 600-dən yuxarı bal toplayıb. Onun sözlərinə görə, əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarında I və II ixtisas qruplarının hər biri üzrə 2 nəfər, III və IV ixtisas qruplarının hər biri üzrə isə 3 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ən yüksək nəticə isə III ixtisas qrupu üzrə 663 bal olub. Qəbul imtahanlarında aşağı nəticə göstərənlərlə bağlı məlumata gəlincə, E.Nağızadə bildirib ki, bu barədə indi məlumat vermək mümkün deyil. Onun sözlərinə görə, yalnız müvafiq statistik araşdırmalardan sonra onların sayını açıqlamaq olar. Qeyd edək ki, həm əvvəlki illərin, həm də cari ilin məzunları üçün ali məktəblərə ixtisas seçimi bütün imtahanlar başa çatdıqdan sonra üzrə iyulun 24-dən avqustun 5-dək aparılacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























