• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı və bir biznesmen prezidentin göstərişinə məhəl qoymur

İcra başçısı və bir biznesmen prezidentin göstərişinə məhəl qoymur
21.05.2014 17:15
Bakının H.Zərdabi  prospektində yerləşən iki evin sakinləri yenidən pul yığıb küknar şitilləri aldılar ki, binalarının yaxınlığındakı ərazidə əksinlər. (Siz bu ağacları şəkildə görürsünüz - red.)  Bu, ərazidə salınan üçüncü ağaclıqdır. Deyə bilərsiniz ki, bəs birinci və ikinci ağaclıqlar necə olub? Şitillər tutmayıb? Əslində şitillər tutmuşdu, hətta birinci ağaclıqlar o qədər böyümüşdü ki, onlara uzunömürlü ağac da demək olardı, amma… Xatırladaq: biznesmen Ramiz Cabbarlı ötən ilin sonlarında ərazidəki 12 uzunömürlü ağacları icazəsiz-filansız kəsəndən sonra sakinlər yanvar ayında burada yeni ağac şitilləri əkmişdilər. Amma bir gecə həmin fidanların da yerindən qoparıldıqlarının şahidi olublar. Bu məcburiyyət qarşısında qalan sakinlər yenidən əraziyə küknar şitilləri əkməyə başlayıblar. Yada salaq ki, haqqında söhbət gedən ərazi Topçubaşov adına Eksperimental Tibb İnstitutunun yanı, daha dəqiq H.Zərdabi prospekti 89 ünvanda yerləş binaların həyətidir.Sakinlərin ANN.Az-a verdiyi məlumata görə, biznesmen R.Cabbarlı bu sahədə gəlirli bina tikməyə hazırlaşırdı, "buna görə də, kölgəsində uşaqlarımızın oynadığı ağacları kəsdilər. Ertəsi gün sakinlər kəsilmiş ağacların yerində yeni ağaclar əkdilər. Üç ay sonra həmin biznesmen növbəti gecə quldur əməliyyatının gedişatında bu şitilləri də doğradı".Və budur apreldə sakinlər inadla növbəti dəfə yeni şitillər alıb əkdilər. Hələ ki ağaclar böyüyür, amma barıt çəlləyi istənilən gecə partlaya bilər, ələxsus da Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev biznesmenə bütün dağıcıdı imkanlar verdiyi halda. Bu iddianı sakinlər söyləyir.Ağacların əldə edilməsi və əkilməsini təşkil edən Yasamal-1 Birləşmiş Mənzil Mülkiyyətçiləri Təşkilatının rəhbəri Anar Hüseynov artıq üçüncü dəfə əkilən ağacların prezident İlham Əliyevin məlum bəyanatı sayəsində xilas ediləcəyinə inanmadığını deyir, çünki nə Yasamal rayonunun başçısı Mehdiyev, nə də biznesmen Cabbarlı prezidentin fikrinə hörmətlə yanaşmırlar. Onun sözlərinə görə, əgər hörmətlə yanaşsaydılar, ilk dəfə əkilən ağaclar kəsilməzdi və eks-prezident Heydər Əliyevin ağaclara sevgisi barədə televiziyalarda tirajlanan sözlərə və İlham Əliyevin bəyanatlarına rəğmən, ikinci dəfə əkilən ağacların kəsilməsinə də yol verilməzdi.Anar Hüseynov xatırladıb ki, biznesmen Ramiz Cabbarlı əlində Yasamal Rayon İcra Hakimiyyəti başçısının ölçüsü 465 kv.m. torpaq sahəsi olan ərazidə obyekt tikməyə icazə sənədi ortaya çıxanda Ekologiya Nazirliyinin əməkdaşları ərazidə təftiş apardılar. Saytda yerləşən  29 yanvar tarixli rəsmi məlumata görə, Yasamal Rayon İcra Hakimiyyətinin biznesmenə verdiyi sənəd Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli sərəncamının ciddi şəkildə pozulması deməkdir. Ekologiya Nazirliyinin əməkdaşlarının tərtib etdiyi protokola görə, Cabbarlı “İnzibati pozmalar” haqqında qanunun 92.3.1-ci maddəsinə əsasən 14400 manat məbləğində cərimə edildi.Ekologiya Nazirliyi Yasamal rayonu İcra Hakimiyyətinə dağıdılmış yaşıl əkin sahələrinin bərpası və tikinti işlərinin dayandırılması haqqında tələblə məktub göndərdi. Ərazi Nazirliyin nəzarəti altına alındı.Amma saytda bu mətnin ortaya çıxmasından sonra Ramiz Cabbarlı və başının dəstəsi nəinki yaşıllığı bərpa etmədi, hətta sakinlərin yanvar ayında əkildikləri ağac şitillərini təkrar məhv etdilər.Prezident İlham Əliyevin bəyanatına gəldikdə isə, orda deyilir ki, ekoloji vəziyyət həmişə hökümətin diqqət mərkəzində olmalıdır: “İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz! Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Onlar məsuliyyətə cəlb edilməlidir..."Ümid edirik ki, Yasamal rayon icra Hakimiyyəti və özünü biznesmen adlandıran Ramiz Cabbarlı nə vaxtsa prezidentin sözlərinə hörmətlə yanaşacaqlar. Ya da onların cəzalandırılmasını gözləyirik. Elə sakinlər də...Kamal ƏliANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol