Vahid Əlaqələndirmə Mərkəzi bu gündən fəaliyyətə başlayır

Prezident İlham Əliyevin Fərmanına əsasən, ilkin olaraq Bakıdakı DOST Mərkəzlərində yaradılan vahid əlaqələndirmə mərkəzlərində bu gündən qəbula başlanılır.
İlk mərhələdə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, bu müharibədə xəsarət almış hərbi qulluqçuların və həmin müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin müraciətləri qəbul olunacaq.
Həmin şəxslər peyvənd olunmalarına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmalarına dair təsdiqedici sənədə (COVİD-19 pasportuna), yaxud istifadəsinə icazə verilən vaksinlərə qarşı "Əks göstəriş sertifikatı"na malik olduqda qəbul ediləcəklər.
Vahid əlaqələndirmə mərkəzlərində birbaşa (yerində) xidmətlə yanaşı, "Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























