• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan parlamentində dava - "Xain Nikol" - VİDEO

Ermənistan parlamentində dava - "Xain Nikol"  - VİDEO
24.08.2021 16:52
Ermənistan parlamentinin spikeri Alen Simonyan mühafizəçilərə "Mənim qürurum var" blokunun üzvü Anna Mkrtçyanı konfrans zalından çıxarmağı tapşırıb.


Unikal.org xəbər verir ki, hər şey Mkrtçyanın Nikol Paşinyana verdiyi sualla başlayıb. Çıxışı zamanı o, baş nazirə müraciət etmədən onun bütün səhvlərini sadalamağa başlayıb. O, həmçinin Paşinyanın konfrans otağına çoxlu mühafizəçi ilə gəldiyinə də diqqət çəkib.


Bunun ardınca "Vətəndaş sazişi" deputatlarının səs-küyləri başlayıb, Mkrtçyan cavab olaraq onları "kapitulyatorun tərəfdarları" adlandırıb. Buna cavab olaraq, Alen Simonyan əvvəlcə onun mikrofonunu söndürüb və növbəti hay-küyündən sonra Mkrtçyanı zaldan tamamilə çıxmağa çağırıb.


Deputat bundan imtina edəndə Simonyan mühafizəçiləri köməyə çağırıb. "Ermənistan" və "Mənim şərəfim var" bloklarının deputatları Mkrtçyanı mühasirəyə alaraq mühafizəçilərin ona yaxınlaşmasına imkan verməyiblər. Sonda Simonyan 20 dəqiqəlik fasilə vermək məcburiyyətində qalıb.


Bundan sonra parlamentdə bir qrup deputatla təhlükəsizlik xidməti arasında dava düşüb. Bəzi millət vəkillərinin "Xain Nikol" qışqırıqları binanı bürüyüb.


Daha sonra müxalif millət vəkilləri bildiriblər ki, Artsvik Minasyanın paltarları cırılıb və Anna Mkrtçyan zorla zaldan çıxarılıb.


Qeyd edilib ki, parlamentdə hökumətin 5 illik proqramı müzakirə olunur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol