• $
  • €
  • ₽
  • ₺
  • £

Həsənovu İstanbulda öz qohumu güllələyib

Həsənovu İstanbulda öz qohumu güllələyib
24.08.2021 17:16
Bu il iyunun 22-də İstanbulun Küçükçekmece rayonunda 35 yaşlı Azərbaycan vətəndaşı Rişal Həsənovu idarə etdiyi avtomobilin sükanı arxasında güllələyib öldürənlərin kimliyi məlum olub.
 
Türkiyə KİV-ləri xəbər verir ki, bu qətllə bağlı 3 nəfər şübhəli şəxs qismində tutulub, onlar avqustun 23-də növbətçi məhkəməyə aparılıb.


İstanbul polisinin əməliyyatçıları qətlin üstünü açmaq üçün videomüşahidə kameralarının görüntülərini təhlil ediblər və hadisə yerindən qaçan iki nəfərin izinə düşüblər. Məlum olub ki, Həsənovun avtomobili svetoforun qırmızı işığında dayanarkən ona yaxınlaşıb açan iki motosikletli hadisə yerindən qaçmağa çalışıblar və ara küçələrdən birində motosikleti yandırmaq istəyiblər. Motosikletin oğurluq olduğu da müəyyənləşib.



Polis müəyyən edib ki, motosikleti idarə edən Türkmənistan vətəndaşı Kurban T. (48 yaş) adlı şəxsdir. Motosikletdən Həsənova atəş açan isə 33 yaşlı Azərbaycan vətəndaşı Raqip H. olduğu bildirilir. Cinayətin motivi olaraq ailədaxili münaqişə göstərilir.


Məlum olub ki, həmin şəxslər Həsənovu hadisə günü oturduğu restorandan təqib etməyə başlayıblar və avtomobili işıqforda saxlayanda onu vurublar. Polis hadisədə əli olan 28 yaşlı Şamil adlı şəxsi də həbs edib.(virtualorg)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol