“Hökumət adamlarına inanmamağı ancaq cahillik adlandırmaq olar”

"İnsanlar dezinformasiya və şayiələrə daha çox inanır, nəinki dövlət adamlarına”.
Anews.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı "Toplum” TV-yə açıqlamasında deyib.
"Prezidentin köməkçisi danışır, Səhiyyə Nazirliyi və TƏBİB-in rəhbərliyi danışır, deputatlar danışır. İnsanlar bizə inanmır və bu da mənə elə gəlir ki, cahillikdən irəli gəlir. Rəsmi hökumət adamlarına inanmamağı ancaq XXI əsrin cahilliyi adlandırmaq olar”.
Deputat onu da qeyd edib ki, hökumət qlobal səviyyədə nəzərdə tutulan bütün tədbirləri həyata keçirib:
"Əgər siz Amerikaya da baxsanız, bundan başqa metod olmadığını görəcəksiniz. Dünya ölkələri öz təcrübəsini bir-biri ilə bölüşür. İnsanların inanması üçün başqa bir yol yoxdur. Bu artıq insanların intellekti və şüurundan asılıdır. Bir də məsuliyyətindən”.
Deputat M.İbrahimqızı daha sərt tədbirlərin tərəfdarıdır, saxta vaksin sənədi verənlərin hərəkətini isə cinayət kimi qəbul etməyin zəruri olduğunu vurğulayıb:
M.İbrahimqızı saxta COVID-19 pasportlarının satılmasında heç bir nəzarətsizlik və korrupsiya hallarının olmadığını deyib:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























