• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist Rey Kərimoğlu əməliyyat olunub - YENİLƏNİB

Jurnalist Rey Kərimoğlu əməliyyat olunub - YENİLƏNİB
21.05.2014 12:49

Qarabağ müharibəsi veteranı, jurnalist Rey Kərimoğlu mayın 21-də Akademik Mirqasımov adına Respublika Kilinik Xəstəxanasında əməliyyat olunub. “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov “Media forum” saytına deyib ki, əməliyyat normal keçib: “Reyin çənə nahiyəsində vəzlərin bərkiməsi halı olduğu üçün təcili əməliyyat olundu. Əməliyyat başa çatıb, Rey hazırda reanimasiya şöbəsindədir. Ona görə də həkimlər hələlik onunla görüşə icazə vermirlər”.Rey Kərimoğlu 1967-ci il mayın 9-da Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirib. 1985-87-ci illərdə sovet ordusunda xidmət edib. 1988-1991-ci illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunu, 1996-2001-ci illərdə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutunun hüquq fakültəsini bitirib.1988-ci ildə ermənilərin Azərbaycana qarşı ərazi iddiaları yenidən baş qaldırandan Rey Kərimoğlu özünümüdafiə dəstələrinə qoşulub, torpaqların keşiyində durub.Könüllü olaraq Milli Ordu sıralarına üzv olan Rey Kərimoğlu Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin başçılıq etdiyi hərbi hissənin kəşfiyyat dəstəsində erməni işğalçılarına qarşı döyüşüb.1992-ci il avqustun 9-da Xankəndi istiqamətində, Noraguh kəndi yaxınlığında növbəti kəşfiyyat əməliyyatı zamanı yaralanıb. Aldığı yarayla əlaqədar 1993-cü il fevralın 26-da ordudan tərxis olunub. 2-ci qrup Qarabağ əlilidir.1995-ci ildən dövri mətbuatda çalışan Rey Kərimoğlu “Zaman”, “Əlillər”, “Şərq”, “Vətəndaş Həmrəyliyi”, “Bizim Yol”, “Milli Yol”, “Yeni Müsavat” qəzetlərində müxtəlif vəzifələrdə işləyib.1996-cı ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2001-ci ildən isə “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyır.Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) İdarə Heyətinin üzvdür.Rey Kərimoğlu hazırda Beynəlxalq Avrasiya Mətbuat Fondunda çalışır.Ailəlidir.ANN.Az

***

11:38

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhətində problem yaranıb.

“AzərFax” xəbər verir ki, jurnalist dünəndən xəstəxanaya yerləşdirilib. Onun çənə nahiyyəsindəki vəzlərin bərkiməsi prosesi gedir ki, bu da təcili əməliyyat zərurəti yaradıb. Dünən Akademik Mirqasımov adına Respublika Xəstəxanasında müəyinələrdən keçən jurnalist bu gün səhər saatlarında əməliyyata alınıb.  Qeyd edək ki, R.Kərimoğlu torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə bir neçə dəfə yaralanıb. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol