ADAU-da əlavə təqaüdlər artırıldı

ADAU 2021-2022 tədris ilində qəbul balı 400-dən yuxarı olan tələbələrə 150 manat, qəbul balı 500 və daha yuxarı olan tələbələrə 250 manat verəcək.
Anews.az-ın xəbərinə görə, bu barədə ADAU-nun rektoru İbrahim Cəfərov bildirib.
Rektor qeyd edib ki, aqrar sahədə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları həyata keçirilir. Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə 100 və 200 manat əlavə təqaüd ödənilirdi.
Elmi Şuranın digər qərarına əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur. 2021-ci ilədək analoji kateqoriya tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib.
Yeni tədris ili ərəfəsində Azərbaycan Dövlət Aqrar Universitetində Biotexnologiya Mərkəzi də fəaliyyətə başlayıb. Mərkəzdə laboratoriya şəraitində klon calaqaltı formaları mikroklonal üsulla çoxaldılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş Biotexnologiya Mərkəzində bu universiteti bitirmiş mütəxəssislər çalışırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























