Pfizer/BioNTech vaksinlərini vuran məntəqələrin sayı artırılacaq - RƏSMİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Pfizer/BioNTech vaksinlərinə olan tələbatın artmasını nəzərə alaraq, bu peyvəndi vuran məntəqələrin sayını artırmaq niyyətindədir, bunu anews.az-a Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
" Pfizer vaksinlərinə olan tələbatı nəzərə alaraq, məntəqələrin sayı daim artırılır. Biz prosesə baxırıq, müraciət artdıqca peyvənd məntəqələrinin də sayı artırılır", - deyə Viktor Qasımov söyləyib.
Onun sözlərinə görə, Azərbaycana Pfizer/BioNtech vaksinləri Azərbaycana COVAX xətti ilə gətirilir . Bu günə qədər ölkəyə 200 mindən çox Pfizer/BioNtech vaksini daxil olub və ilin sonuna qədər əlavə vaksinlərin gətirilməsinin nəzərdə tutulduğunu bildirib.
Ümumilikdə ölkə ərazisində 13 məntəqədə Pfizer/BioNtech vaksinlərinin vurulması həyata keçirilir. Onlardan 9-u Bakıda, 4-ü isə bölgələrdə yerləşir.
Azərbaycandakı 24 avqust 2021-ci il tarixə ümumilikdə 6,170.724 nəfər vaksin olunub. Onlardan 3,713.422 nəfər bir doza, 2,457.302 nəfər isə iki doza vaksin vurub.
Həmin tarixə COVID-19-a yoluxanların sayı 398.034 nəfər, sağalananların sayı isə 348.454 nəfər təşkil edib. 5370 nəfər isə ölüb.
Rafiq Şahbazov
www.anews.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























