• $
  • €
  • ₽
  • ₺
  • £

Mehrac Babayevin oğlu Moskvada saxlanıldı

Mehrac Babayevin oğlu Moskvada saxlanıldı
25.08.2021 16:22
Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı biznesmen və tikinti maqnatı Mehrac Babayevin oğlu Ziya Babayev Moskvanın Vnukovo aeroportunda saxlanılıb. 
 
"Qafqazinfo” xəbər verir ki, Ziya Babayev gizli yollarla ölkəyə ümumi dəyəri 36 milyon rubl olan (830 min manata yaxın) qızıl-zinət əşyalarını keçirmək istəyib. O, İstanbul-Moskva reysi ilə qayıdırmış və gömrükçülər tərəfindən yoxlama üçün dayandırılıb.
Yoxlama zamanı oliqarxın oğlundan "Breguet” saatları, "Tiffani” və "Dior” brendlərindən olan zinət əşyaları tapılıb. Bildirilir ki, gömrük rüsumlarını ödəməkdən yayınmaq cəhdinə görə Ziya Babayevi 7 ilə qədər həbs gözləyir. Habelə ona qarşı strateji mühüm materialların qaçaqmalçılığı ittihamı da irəli sürülə bilər, çünki məmulatların bəziləri platin və titandan hazırlanıb. Bu ittiham üzrə də onu 7 ilədək həbs gözləyərdi.
 
Mehrac Babayev Rusiyanın orta Şərqində böyük tikinti biznesinə malikdir və onun "Verso” şirkətlər qrupu çoxsaylı yaşayış komplekslərinin inşasını həyata keçirib. Babayev Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənovun yaxın dostu hesab edilir və Bakıda "Jurnalistlər binası”nın tikintisini podratçı qismində onun şirkəti həyata keçirib. Hazırda bu binanın tikintisində yol verilmiş milyonlarla manatlıq korrupsiya işi üzrə məhkəmə gedir.

Mehrac Babayevin oğlu isə hələ 2009-cu ildə, İsveçrədə təhsil alarkən törətdiyi səs-küylü qəza ilə məşhurlaşıb və qalmaqala səbəb olub. Həmin il Ziya Babayev və daha iki zəngin dostu idarə etdiyi superbahalı avtomobillərlə Cenevrə küçələrində sürət yarışına çıxıblar. Bu zaman Babayevin idarə etdiyi "Lamborghini” pensiyaçının idarə etdiyi "Volkswagen Golf” avtomobilini vurub və sürücü ağır xəsarət alıb. Bu hadisə o vaxt Avropa, Rusiya və Azərbaycan mətbuatında böyük səs-küyə səbəb olmuşdu.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol